Pleyeri seçin:

"Dedi ki, mənə pul at" | Abşeron Gənclər Şəhərciyində qanunsuz yolbənd iddiası - Baku TV

22 avqust 2026 239 baxış

Abşeron Gənclər Şəhərciyinin sakinləri ərazidə qanunsuz yolbənd quraşdırılması ilə bağlı Baku TV-nin qaynar xəttinə müraciət ediblər.

Sakinlərin sözlərinə görə, həmin maneə həm orada yaşayanların, həm də əraziyə gələn digər vətəndaşların gediş-gəlişinə çətinlik yaradır.

Bundan əlavə, ərazidə avtomobil saxlanılması üçün vətəndaşlardan yüksək məbləğdə pul tələb olunduğu bildirilir. Şikayətçilər bu ödənişlərin hansı hüquqi əsasla yığıldığının qaranlıq qaldığını vurğulayırlar. Eyni zamanda ərazidə bank girovunda olan bəzi obyektlərdən qanunsuz istifadə edildiyi iddia olunur.

Şikayətçi Fəqani Qəhrəmanov məsələ ilə bağlı narazılığını belə ifadə edib:

“Bura bizim yaşadığımız ərazidir. Məlum oldu ki, sözügedən qaraj bankın girovundadır. Nicat Məmmədov adlı şəxs ödənişin onun şəxsi kartına köçürülməsini tələb etdi. Mən ondan rəsmi qəbz istədikdə mənfi reaksiya verdi. Həmçinin ərazidə qanunsuz şlaqbaum quraşdırıblar”.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən qeyd olunan ünvana baxış keçirilib. Nəticədə, məlum olub ki, Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər Şəhərciyi” adlanan çoxmərtəbəli yaşayış kompleksinin arxa hissəsində, yaşayış kompleksinin birbaşa həyətyanı sahəsi olmayan ərazidə sahibkara məxsus yeraltı avtodayanacaq kimi istifadə olunan sahənin giriş hissəsinin qarşısında dayanacağın fiziki mühafizəsini təmin etmək məqsədilə quraşdırılan avtomatik çəpərləmə qurğusu – şlaqbaum binanın həyətyanı sahəsinə heç bir maneə yaratmadığı üçün yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması əməkdaşlar tərəfindən müşahidə olunmur.

Banner
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 239 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 239 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 239 baxış
İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 239 baxış
"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

Cəmiyyət
27 oktyabr 2026 239 baxış
Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 oktyabr 2026 239 baxış
Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Cəmiyyət
27 oktyabr 2026 239 baxış
Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Cəmiyyət
27 oktyabr 2026 239 baxış
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 239 baxış
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 239 baxış
Seçilmişlər
icon