Pleyeri seçin:

"Dedilər ki, gedin, özünüzə yer tapın" - Sakinlər niyə aylardır evlərinə girə bilmirlər? - Baku TV

29 yanvar 2026 544 baxış

Paytaxtın Nizami rayonu, Əli Vəliyev küçəsi, 6 ünvanında yerləşən beşmərtəbəli binada ötən ilin avqust ayında partlayış baş verib. Hadisədən sonra 13 mənzilin sakinləri müvəqqəti olaraq kirayə mənzillərə köçürülüb.

Aradan xeyli vaxt keçməsinə baxmayaraq, bina və mənzillərdə heç bir təmir-bərpa işi aparılmayıb, sakinlər isə hələ də evlərinə qayıda bilmirlər.

Sakinlərdən biri bildirib ki, partlayışdan sonra onlara binanı üç ay ərzində təmir edib geri köçürəcəkləri vəd olunub:

“Bizi bayıra çıxarıb dedilər ki, gedin, özünüzə yaşayış yeri tapın, üç ay ərzində binanı təmir edib sizi geri köçürəcəyik. Mənim qapımın ağzı daşla doludur, içəri girə bilmirəm. Qazı söndürüblər, heç nə işləmir. Bir daşı da yerindən tərpətməyiblər. Kirayə pulunu iki ay özümüz ödədik, sonra tələb etdikdən sonra altı ayın pulunu verdilər”.

Başqa bir sakin isə yaranmış vəziyyətə etiraz edərək deyib:

“Qonşular yazıq deyilmi? Qışın bu vaxtı küçələrdə qalıblar”.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, binaya dəyən zərərin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən bərpa layihəsi hazırlanıb və baxılması üçün FHN-in Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib.

“Hazırda layihəyə baxılır və yaxın günlərdə müvafiq rəyin verilməsi gözlənilir. Dövlət Ekspertizasından rəy alındıqdan sonra binanın təmir-bərpa işlərinə başlanılması üçün aidiyyəti dövlət orqanlarına müraciət ediləcək”, – deyə açıqlamada qeyd olunub.

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 544 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 544 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 544 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 544 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 544 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 544 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 544 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 544 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 544 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 544 baxış
Seçilmişlər
icon