Pleyeri seçin:

"Dəfələrlə dedik, baxmırlar, belə getsə..." - Məsciddə sakinləri özündən çıxaran vəziyyət - Baku TV

07 fevral 2026 526 baxış

Qaxın Çinarlı kəndində yerləşən məscid yararsız vəziyyətə düşüb. Tarixi ibadət ocağının dam örtüyü, demək olar ki, tamamilə dağılıb, tavanı isə uçma təhlükəsi ilə üz-üzə qalıb. Bu səbəbdən məsciddə hazırda ibadət etmək mümkün deyil. Kənd sakinləri 200 il tarixi olan bu ibadət evinin bərpa edilməsini istəyirlər.

“İbadət edənlər məcbur qalıb Zaqatalaya, ya da Qaxa gedirlər. Allahın evinə bu cür münasibət olmaz axı”, – deyə sakinlərdən biri narazılığını dilə gətirib.

Tarixçi Akif Məmmədlinin sözlərinə görə, Qax rayonunun Çinarlı kəndində, eləcə də Balakən və Zaqatalanın bəzi kəndlərində XVIII–XIX əsrlərdə inşa edilmiş, dövrünün memarlıq məktəbinə aid olan oxşar məscidlər mövcuddur.

Onun fikrincə, məscidin inşa və təmir tarixi barədə ən dəqiq məlumat adətən üzərindəki kitabələr vasitəsilə müəyyən edilir:

“Çox təəssüf ki, Çinarlı kənd məscidinin üzərindəki kitabə bu günə qədər gəlib çatmayıb. Bu səbəbdən onun tarixi ilə bağlı daha dəqiq məlumat vermək çətindir. Lakin bu məscidin XVIII əsrin ikinci yarısında inşa edilmiş memarlıq məktəbi nümunələrindən biri olduğunu qətiyyətlə deyə bilərik.

Çinarlı məscidi ilə bağlı iki məsələ xüsusilə qeyd edilməlidir. Birincisi, abidə ciddi şəkildə bərpaya ehtiyac duyur, çünki üzərində əsrlərin izini daşıyır. İkincisi isə tarixin dəqiqləşdirilməsi üçün abidənin üzərində olmuş kitabənin araşdırılması, oxunması və tədqiqatçılar tərəfindən elmi şəkildə dəyərləndirilməsi vacibdir”.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən qeyd edilib ki, sözügedən məscid tarixi abidələrin siyahısına salınması məqsədilə yeni aşkar edilmiş abidə kimi qeydə alınıb. Məsələyə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılacaq. Şura üzvlərinin rəyi müsbət olarsa, məscidin tarixi abidələrin siyahısına daxil edilməsi üçün müvafiq tədbirlər görüləcək.

Banner
"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

Cəmiyyət
22 oktyabr 2026 526 baxış
Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 526 baxış
2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 526 baxış
Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 526 baxış
“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 526 baxış
Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 526 baxış
”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 526 baxış
“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 526 baxış
"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

Cəmiyyət
22 oktyabr 2026 526 baxış
“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 526 baxış
Seçilmişlər
icon