Pleyeri seçin:

"Efirdə görüb dedi ki, atamın mindiyi maşın partladı" | Ölümləri ilə tarix yazan jurnalistlərimiz

22 iyul 2025 420 baxış

Milli Mətbuat Günündə canlarını Vətən yolunda qurban verən jurnalistlərimiz ‒ Salatın Əsgərova, Məhərrəm İbrahimov və operator Sirac Abışov dərin ehtiramla yad edilir.

Onların yaxınları qəhrəmanlarımızla bağlı xatirələrini Baku TV ilə bölüşüblər.

Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov anasını belə xatırlayır:

“O, çox ədalətli bir insan idi və həmişə ədalət axtarışında idi. Yəqin ki, bu axtarışı onu mətbuata gətirdi. O zamanlar 6 yaşım var idi. Anam tez-tez cəbhə bölgəsinə yollanırdı. Hər gün cəbhədən pis xəbərlər gəlirdi, ona görə də babam çox narahat idi, ona deyirdi ki, getmə. Hər dəfə “bu, sonuncu dəfə olacaq, bir daha getməyəcəyəm” vədini versə də, hamının gözünü yolda qoyub getdi”.

2021-ci ildə Kəlbəcər istiqamətində mina partlayışı nəticəsində şəhid olan jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov onun Milli Mətbuat Günü ərəfəsində yad edilməsindən qürurla danışır:

“150 illik yubileyin içində Məhərrəmin də adının olması, şəhid jurnalist kimi anılması, gizli qəhrəman kimi fəaliyyəti bizi sevindirir. Hər dəfə onu danlayırdım ki, uşaqlarını böyüt, ondan sonra yenə gedərsən”.

Operator Sirac Abışovun anası Azadə Səmədova isə oğlunun son səfərini belə xatırlayır:

“Vətənini, peşəsini ailəsindən də çox sevirmiş. Ailəsini, körpə balasını qoyub Qarabağa, öz peşəsinin dalınca getdi. Evdə yoldaşına, atasına dedi ki, iki həftəlik gedirəm. Sonra sənədini mənə göstərəndə gördüm ki, müqaviləyə çəkilişlər bitənə qədər könüllü qol çəkib”.

Banner
İşlədiyin hər saata görə maaş | Yeni sistem kimlərə şamil olunacaq? - Baku TV

İşlədiyin hər saata görə maaş | Yeni sistem kimlərə şamil olunacaq? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 420 baxış
Hansı ərazilərdə yollar buz bağlayacaq? - Baku TV CANLI

Hansı ərazilərdə yollar buz bağlayacaq? - Baku TV CANLI

Cəmiyyət
09 noyabr 2026 420 baxış
"Meyvə ağacı qıraq yandıraq?" | Şəkinin ucqar kənd sakinləri əlacsız vəziyyətdə - Baku TV

"Meyvə ağacı qıraq yandıraq?" | Şəkinin ucqar kənd sakinləri əlacsız vəziyyətdə - Baku TV

Cəmiyyət
09 noyabr 2026 420 baxış
"Gecə həkim oyatdı ki, qələbə qazanmışıq" | Kamran İbrahimovun Şuşayadək uzanan şərəfli döyüş yolu

"Gecə həkim oyatdı ki, qələbə qazanmışıq" | Kamran İbrahimovun Şuşayadək uzanan şərəfli döyüş yolu

Cəmiyyət
09 noyabr 2026 420 baxış
"Qadın axtarırlar, maaş da ki 400 manat" | Yarmarkalardakı vakansiyalar realdır? - Baku TV

"Qadın axtarırlar, maaş da ki 400 manat" | Yarmarkalardakı vakansiyalar realdır? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 420 baxış
Əmək yarmarkasında iş var, bəs işə qəbul niyə yoxdur? - Baku TV CANLI

Əmək yarmarkasında iş var, bəs işə qəbul niyə yoxdur? - Baku TV CANLI

Cəmiyyət
09 noyabr 2026 420 baxış
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

Cəmiyyət
09 noyabr 2026 420 baxış
Xilasetmə əməliyyatının görünməyən qəhrəmanları | FHN əməkdaşlarının şücaəti - Baku TV

Xilasetmə əməliyyatının görünməyən qəhrəmanları | FHN əməkdaşlarının şücaəti - Baku TV

Cəmiyyət
09 noyabr 2026 420 baxış
"Bunu niyə özbaşına dəyişiblər?!" | Keçmiş döyüşçünün əlilliyi niyə dəyişdirilib? - Baku TV

"Bunu niyə özbaşına dəyişiblər?!" | Keçmiş döyüşçünün əlilliyi niyə dəyişdirilib? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 420 baxış
"Hər səhər duranda..." | 90 yaşlı Quba sakini 64 illik evlilik və uzunömürlülüyünün sirrini bölüşdü

"Hər səhər duranda..." | 90 yaşlı Quba sakini 64 illik evlilik və uzunömürlülüyünün sirrini bölüşdü

Cəmiyyət
09 noyabr 2026 420 baxış
Seçilmişlər
icon