"Elə olub ki, o itin üstünə çıxmışam!" | Bu küçələrdə niyə dəhşətli anlar yaşanır? - Baku TV
Abşeron rayonunun Masazır qəsəbəsi, Hakim Abbasov küçəsi, 134 ünvanında yaşayan sakinlər küçə işıqlandırmasının işləməməsindən narazıdırlar.
Sakinlərin sözlərinə görə, küçədə işıq dirəkləri bir ildən çoxdur quraşdırılıb. İlk vaxtlar işıqlar yansa da, daha sonra onların fəaliyyəti dayanıb. Hazırda gecə saatlarında ərazi qaranlıq qalır.
Sakinlər bildirirlər ki, bu vəziyyət xüsusilə qadın və uşaqların hərəkətini çətinləşdirir. Ərazidə sahibsiz itlərin çox olması isə vəziyyəti daha da təhlükəli edir.
“Evdə iki körpə var. Gəzməyə çıxaranda, qaranlıq düşür, uşaq başlayır çığırmağa. İtlər də çoxdur, rahat gəzmək olmur. Elə olub ki, qaranlıqda itin üstünə çıxmışam”, – sakinlərdən biri narazılığını dilə gətirib.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, “Bakı Abadlıq” MMC tərəfindən 2021–2023-cü illər ərzində Abşeron rayonu ərazisində bütün yaşayış məntəqələrində 108 küçədə ümumilikdə 4 937 ədəd dirəkdən ibarət küçə işıqlandırma sistemi quraşdırılıb.
O da əlavə edilib ki, gecə işıqlandırmasının bərpası və təmin edilməsi istiqamətində cari təmir işləri aparılır. Sözügedən küçədə də gecə işıqlandırılması yaxın günlərdə təmin ediləcək.
#Masazır teqi istifadə olunub
- Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV
- "Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər
- DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxalayıb - Baku TV
- Müəmmalı hadisə | Bu qədər maşın niyə yanıb külə döndü? - “Partlayış səsi gələndə...” - Baku TV
- Masazırda heyrətə gətirən hadisə | 4 avtomobili eyni anda alov bürüdü - Baku TV CANLI
