"Elə söhbət yoxdur, ay xanım" | Yol idarəsi əməkdaşlarını işdən çıxardıb? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin qaynar xəttinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları tərəfindən şikayət daxil olub.
Şikayətçilərin sözlərinə görə, 1 nömrəli xüsusi təyinatlı yol idarəsinin bağlanmasından sonra 5 nömrəli xüsusi təyinatlı yol idarəsi yaradılıb. Onların iddiasına əsasən, bu dəyişiklikdən sonra təxminən 80 əməkdaş işdən azad edilib.
Əməkdaşlar bildiriblər ki, əvvəlcə başqa şöbələrdə işlə təmin olunacaqları deyilsə də, sonradan bu baş verməyib və əmək müqavilələrinə xitam verilib.
“Azərbaycan Avtomobil Yollarında 2006-cı ildən işləyirəm. Bizə dedilər ki, yerimizi dəyişəcəklər. İndi isə bildirirlər ki, ixtisara düşmüsünüz. Ailəli adamıq, borcumuz, xərclərimiz var”, – deyə şikayətçilərdən biri bildirib.
“Dedilər ki, baxarıq, yerinizi dəyişərik. Amma sonra bizi işdən çıxardılar. Dünən eşitdik ki, belə qərar verilib”, – deyə digər şikayətçi qeyd edib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, optimallaşdırma aparılaraq beynəlxalq təcrübə əsasında struktur islahatları həyata keçirilir. Məqsəd effektiv idarəetmə sisteminin formalaşdırılması, büdcə vəsaitlərinin şəffaf və səmərəli istifadəsinin təmin edilməsidir. Bu islahatlar agentliyin uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsi olmaqla ölkədə yol infrastrukturunun müasir standartlara uyğun inkişafına xidmət edir. Proses əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilir.
#Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) teqi istifadə olunub
- Paytaxtın 12 rayonunda yol təmiri aparılır | AAYDA rəsmisi görülən işlərdən danışdı - Baku TV
- Paytaxta gedən sürücüləri hansı yeniliklər gözləyir? - ƏSAS XƏBƏR
- Lənkəranda yol problemi | Biləsər kəndinin sakinlərinin narazılığı nə vaxt həll olunacaq? - Baku TV
- Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi | 8 kəndlə əlaqə kəsildi - Baku TV
- "Yollar çöküb, uçqun əmələ gəlib" | Quba-Xınalıq yolunda son vəziyyət necədir? - Baku TV
