Pleyeri seçin:
"Əlil uşağım var, "skoru" gəlmir" | Sel basan küçələrin acınacaqlı görüntüsü - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevir şəhərinin Həsənağa Turabov küçəsinin sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
Sakinlər son aylar yağan güclü yağışlardan sonra yolun daha da keçilməz olduğunu deyirlər.
“Yolu artıq üç dəfə öz hesabımıza təmir etdirmişik. Qonşuların hərəsindən 10-20 manat toplayıb çınqıl gətirtmişik. Qismət olsa, bu ay evimdə məclis edəcəyəm, amma gələnləri bu cür yolla qarşılamaq utancvericidir”, – sakinlərdən biri söyləyib.
Digər bir vətəndaş isə vurğulayıb:
“20 ildən artıqdır ki, bu ərazidə yaşayıram. Yol mədəniyyətdir, bu şərait bizə yaraşmır. Yağış yağanda bütün küçəni su basır. Nəticədə, həftələrlə burada hərəkət etmək mümkün olmur”.
Kopyalandı
#Mingəçevir teqi istifadə olunub
- Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Kollecin tələbəsi bıçaqlandı - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Bağçanın həyətində 39 yaşlı qadını əri bıçaqladı - Baku TV
- “Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV
- Mingəçevirin müəllimlər massivində sakinləri narazı salan nədir? - Baku TV CANLI
