Pleyeri seçin:
"Görün nə gündə yaşayırıq" | Sakinlərin başına oyun açan problem niyə həll edilmir?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxı sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayətçidir.
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, hazırda nəqliyyat vasitələri bu yoldan çox çətinliklə istifadə edir.
“Maşınlar gələ bilmir, bəzən bir-iki saat olduğu yerdə qalır, yoldan çıxa bilmir. Şəhərin mərkəzində yaşayırıq, amma kənddən gələnlər bizə gülürlər. Uşaqlarımız məktəbə palçığın içində gedir”, – sakinlərdən biri şikayətini dilə gətirib.
Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, mövcud problemdən qurum xəbərdardır:
“Hazırda şəhər ərazisində asfaltlanma işi dayandırılıb. İşlərə start verildiyi zaman sözügedən küçədə də mərhələli şəkildə asfaltlanma işi həyata keçiriləcək”.
Kopyalandı
#Şamaxı teqi istifadə olunub
- 5 uşaq atası olan vəzifəli şəxs barədə dəhşətli xəbər
- "Yanında uşaqlar olub..." | Şamaxıda azyaşlının faciəvi ölümünün detalları məlum oldu - Baku TV
- Şamaxıda faciəvi hadisənin detalları məlum oldu - Baku TV CANLI
- “Beləsi asfaltdan da gözəldir” | Şəhidin adını daşıyan küçədə sakinlərdən nümunəvi addım - Baku TV
- Şamaxıda faciəvi qəza | Avtomobil piyadanı vuraraq öldürüb - Baku TV
