"Heç nəyimiz yoxdur" | Çarəsiz vəziyyətdə qalan 5 uşaqlı ailə imdad dilədi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 5-də Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində fərdi yaşayış evi yanıb. 3 otaqlı ev əşyaları ilə birlikdə yanaraq kül olub.
Hazırda qonşuda qalan 5 uşaqlı ailə Baku TV-nin qaynar xəttinə müraciət edərək kömək istəyir.
“Gəlib gördüm ki, uşaqlar çöldə qalıblar, suyun içindədirlər. Qonşu, qohum – hamı yığılmışdı. Uşaq dedi ki, ana, səs gəldi, çıxdıq çölə, gördük ki, ev yanır. Uşaqlar məktəbə gedirlər, kitab, dəftər, çanta – heç nə yoxdur. İstəyirəm ki, köməklik göstərsinlər bizə, heç olmasa, evimizi düzəldə bilək”, – zərərçəkən Samirə Həşimova deyib.
“Mən səhər-səhər işə getmişdim. Zəng edib dedilər ki, tövlə yanıb. Gəlib gördüm, tövlə yox, ev yanıb. Kömək istəyirəm, uşaqlarım çöldə qalmasın”, – zərərçəkən Amin Əkbərov söyləyib.
Məsələ ilə bağlı Yuxarı Nüvədi kənd icra nümayəndəliyi və bələdiyyədən bildirilib ki, yanan evin sığortası yoxdur. Bu səbəbdən dövlət tərəfindən onlara hər hansı bir köməklik göstərmək mümkün deyil. Amma buna baxmayaraq, kəndin iş adamları, eləcə də ailəyə yaxın olan şəxslərlə birlikdə yanan evin bir otağını təmir etdirmək, yaxud həyətdə kiçik bir ev tikmək planlaşdırılıb. Müəyyən vəsait toplansa, işlərə başlanıla bilər.
#Lənkəran teqi istifadə olunub
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Qızımı izləyib, blokda vurub, oğlunu da...” | Qandonduran hadisə | “Uşağı 3-4 yerdən...” - Baku TV
- Lənkəranda dəhşətə gətirən hadisə | Gənc ana və oğlu bıçaqlandı - Baku TV CANLI
- “Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
