Pleyeri seçin:

"Həkimlər deyirdi ki, heç nə yoxdur" | Rasim Balayev ömrünün son vaxtlarında nələrlə üzləşdi?

08 may 2026 356 baxış

“Retro Baku” verilişinin yeni buraxılışı görkəmli aktyor, Xalq artisti Rasim Balayevə həsr olunub.

Aktrisa, Xalq artisti Xalidə Quliyeva sənətkarın Nəsimi filmində yaşadığı çətin çəkiliş prosesindən danışıb:

“Özbəkistanın Xivə şəhərinə getmişdik. Nəsiminin edam səhnəsi orada çəkilməli idi. Həmin gün Rasim o vəziyyətə hazır deyildi. Dərisi soyulan zaman hiss olunan ağrını yaşamalı idi, amma alınmadı. Dedilər ki, sabah çəkərik. Səhərisi gün Rasimə nə çörək, nə su, nə də çay verdilər. Hətta yatmağa da qoymadılar. Yanında bir nəfər saxlamışdılar ki, səhərə qədər oyaq qalsın. O, filmdə həm Nəsimini, həm də oğlunu canlandırırdı. Bu, çox maraqlı tapıntı idi”.

Rasim Balayevin oğlu Ülvi Balayev isə aktyorun xəstəliyindən danışıb:

“Ağciyər xərçəngi idi. Bunu gec öyrənmişdik. Dərhal müdaxilə olundu, əməliyyat edildi. Amma sonradan necə davam etməli olduğumuzu bilmədiyimiz üçün bir dəfə kimyaterapiya qəbul etdi və bu digər orqanlarına fəsad verdi”.

Aktrisa, Xalq artisti Həmidə Ömərova sənətkarın xəstəliyinin uzun müddət gizli qaldığını bildirib:

“Görün necə böyük insan idi ki, iki il ağır xəstə yatdı. Biz isə elə bilirdik ki, sadəcə, ayağında problem var”.

Operator dostu Fəramiz Məmmədov isə aktyorun son günlərindən bəhs edib:

“Həkimlər mənə deyirdilər ki, ciddi problemi yoxdur. Amma rəhmətlik özü dedi ki, immuniteti sıfıra enib. Bədəndə müqavimət qalmamışdı. Müalicələrin ağırlığına dözə bilmədi”.

Banner
Qubanın internet üzünə həsrət qalan kəndi | Problem nə vaxt həll olunacaq? - Baku TV

Qubanın internet üzünə həsrət qalan kəndi | Problem nə vaxt həll olunacaq? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 356 baxış
“Bir-birimizə sarıldıq, o anı ölənə qədər unutmarıq” | Topçu qardaşların döyüş hekayəsi - Baku TV

“Bir-birimizə sarıldıq, o anı ölənə qədər unutmarıq” | Topçu qardaşların döyüş hekayəsi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 356 baxış
Şuşa zirvəsinə sancılan şanlı bayraq | DİN-dən tarixi günlə bağlı videoçarx - Baku TV

Şuşa zirvəsinə sancılan şanlı bayraq | DİN-dən tarixi günlə bağlı videoçarx - Baku TV

Cəmiyyət
07 noyabr 2026 356 baxış
"Onlar ağrı hiss etmirdilər" - Döyüş meydanında həm savaşan, həm də can qurtaran həkimlər - Baku TV

"Onlar ağrı hiss etmirdilər" - Döyüş meydanında həm savaşan, həm də can qurtaran həkimlər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 356 baxış
8 Noyabr tarixə necə yazıldı? - Azərbaycanın taleyini dəyişən döyüşlər - Baku TV CANLI

8 Noyabr tarixə necə yazıldı? - Azərbaycanın taleyini dəyişən döyüşlər - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 356 baxış
"Dedi, qapını açın, şəhid gəlir..." | Bayrağımızı zirvəyə qaldıran şəhid Müseyib Zeynalov - Baku TV

"Dedi, qapını açın, şəhid gəlir..." | Bayrağımızı zirvəyə qaldıran şəhid Müseyib Zeynalov - Baku TV

Cəmiyyət
07 noyabr 2026 356 baxış
44 günün sonunda yenidən yazılan tarix | Zəfərin adı - Şuşa! - Baku TV

44 günün sonunda yenidən yazılan tarix | Zəfərin adı - Şuşa! - Baku TV

Cəmiyyət
07 noyabr 2026 356 baxış
Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Fəqərəarası disk yırtığında əməliyyat vacibdir?

Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Fəqərəarası disk yırtığında əməliyyat vacibdir?

Cəmiyyət
07 noyabr 2026 356 baxış
Gəncədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi - Baku TV

Gəncədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 356 baxış
Laçın sakinləri, şəhid ailələri və qazilər Zəfər konsertində bir araya gəldi - Baku TV

Laçın sakinləri, şəhid ailələri və qazilər Zəfər konsertində bir araya gəldi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 356 baxış
Seçilmişlər
icon