"İki dəfə gürzə öldürüblər" | Sakinləri qorxudan gözlənilməz təhlükə - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayonunun Zabrat 2 qəsəbəsində, Ruslan Göyüşov küçəsində sakinlər ilanların artmasından narahatdırlar.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, son bir həftə ərzində ərazidə təxminən 10 evdə ilan aşkarlanıb.
Onlar ilanların artmasını ərazidə kanalizasiya sularının daşması və yağıntıların çox olması ilə əlaqələndirirlər.
“Bu il yağıntı çox oldu, bizim məhəllə su altında qaldı. Qonşuların özlərinin hazırladığı kanalizasiya xətti suyu aparmağa kifayət etmədi. Ondan sonra həyətlərdə qurbağalar çoxaldı, daha sonra isə ilanlar artmağa başladı. Qonşular deyirlər ki, iki dəfə gürzə öldürüblər”, – deyə sakinlərdən biri qeyd edib.
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər, amma problemin həlli istiqamətində hər hansı tədbir görülməyib.
#Sabunçu rayonu teqi istifadə olunub
- "Atırlar bir-birinin boynuna, həyət-baca su içindədir" | Ramana sakinləri çıxılmaz durumda - Baku TV
- Yeni Ramanada köhnə problem | Yarımçıq qalan iş yenidən narazılıq yaradıb - Baku TV
- “Bu cür havada yol keçilməzdir” - Yeni Ramanada köhnə problem: işlər niyə yarımçıq qaldı? - Baku TV
- TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI
- Maştağada qandonduran hadisə | Özündən çıxan 21 yaşlı oğlan görün nə etdi - Baku TV
