"Kimə deyirik, hamısı bizi yola verir" | "Qurd dərəsi" sakinləri şikayətə qalxdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərindən cəmi 2-3 kilometr məsafədə yerləşən “Qurd dərəsi” yaşayış massivinin sakinləri uzun illərdir yol problemindən əziyyət çəkirlər.
Ərazidə yaşayanlar bildirirlər ki, yolların bərbad vəziyyətdə olması onların gündəlik həyatını ciddi şəkildə çətinləşdirir.
10 mindən çox sakinin yaşadığı yaşayış massivində yolların böyük hissəsi asfaltlanmayıb.
“20 ilə yaxındır burada yaşayırıq. Taksi çağırmaq olmur, təcili yardım gəlmir. Bu yolun bünövrəsi 1982-ci ildə qoyulub. O vaxtdan indiyədək yol çəkilməyib. Hara müraciət ediriksə, “bu gün-sabah” deyib bizi yola verirlər”, – deyə sakinlərdən biri bildirib.
Sakinlər yolun vəziyyətinin avtomobillərə də ciddi ziyan vurduğunu deyirlər.
sumqayıt“Yük maşınını, demək olar ki, hər həftə ustaya aparırıq. Görün minik avtomobilləri bu yollarda nə qədər əziyyət çəkir”, – sürücülərdən biri söyləyib.
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
