"Nə işləyə bilir, nə də..." | Anadangəlmə xəstəliyi olan gəncin pensiyası niyə kəsilib? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkinin Çeşməli kənd sakini Azər Abdullayev Baku TV-nin qaynar xəttinə müraciət edərək oğlunun problemi ilə bağlı aidiyyəti qurumdan kömək istəyir.
O bildirir ki, 25 yaşlı övladı Elməddin Abdullayev anadangəlmə bağırsaq keçməzliyindən əziyyət çəkir. Ağır xəstəliyi olan gəncə 2005-ci ildən əlillik təyin edilsə də, 2024-cü ilin noyabrında pensiyası kəsilib.
Elməddin Abdullayev deyir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, problem həllini tapmır:
“Oğlum üçün çox qapılara getmişik, çox xəstəxanaları gəzmişik. İşləyə bilmir, məktəbə, hərbi xidmətə gedə bilməyib. Ağır əməliyyatlardan çıxmış adamın pensiyası kəsilməli deyil. Özüm fəhləyəm. Qazandığım pulları onun yolunda tökmüşəm. Dərman qəbul etməsə, həftələrlə ağrı çəkir”.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, Elməddin Abdullayevin əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 1 il ərzində tibb müəssisəsi tərəfindən heç bir “Forma 88” göndərişi rəsmiləşdirilməyib:
“Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən Elməddin Abdullayevlə bağlı yeni “Forma 88” sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndirilə bilər”.
#Şəki teqi istifadə olunub
- Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV
- Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkiyə mediatur təşkil olunub - Baku TV
- Çobanlıq edən üç uşaq atasının torpaq problemi - "Ortada qalmışam" - Baku TV
- “Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV
- "Uşaqlarım qonşunun evindədir" | Həyətləri su altında qalan sakinlər çıxış yolu axtarırlar - Baku TV
