Pleyeri seçin:
"Nikosayağı" qəzaya görə 8 ilə qədər həbs edilə bilər
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gecə saatlarında ağır qəza törədən “Nikosayağı” adı ilə məşhur olan bloger Nicat Şakirli 5 ildən 8 ilədək həbs oluna bilər.
Bu barədə Baku TV-yə açıqlamasında hüquqşünas Hikmət Əliyev bildirib.
“Əgər şəxs cinayət hadisəsi zamanı sərxoş vəziyyətdə olmayıbsa, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduğu üçün 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum oluna bilər. Əgər şəxs cinayət hadisəsini sərxoş halda törədibsə, 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum oluna bilər”, – deyə hüquqşünas vurğulayıb.
Kopyalandı
#Nicat Şakirli (Nikosayağı) teqi istifadə olunub
- Bloger Nikosayağı-nın Porsche-si ilə bağlı saytda elan paylaşıldı
- 5 illik həbs edilən “Nikosayağı” danışdı | Bir daha üzr istəyirəm ki...
- Nikosayağının vəkilindən təsirli çıxış | Məhkəmədən görüntülər
- “Nikosayağı”nın məhkəməsində nələr oldu? - Anbaan görüntülər
- “Nikosayağı”ya hökm oxundu, Xankəndi ermənisi danışdı, Separatçılarla təkbətək görüş
