"Nikosayağı"ya kömək edərkən yaralanan şəxsin vəziyyəti bilindi
Yeniliklərdən dərhal xəbərdar olun
“Nicat Şakirlinin vəziyyəti stabil ağır olaraq qiymətləndirilir”.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində xəsarət alan vətəndaş Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə, Fəxri Rüstəmov sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar:
“Kliniki Tibbi Mərkəzdə müalicəsi aparılan Nicat Şakirlinin vəziyyəti stabil ağır olaraq qiymətləndirilir. Hazırda həkim nəzarəti altındadır.
Fəxri Rüstəmova Sabunçu Tibb Mərkəzində sağ əlin iki barmağının kəsilmiş yarası diaqnozu ilə ilkin tibbi yardım göstərilib, zəruri müayinələr aparılıb. Daha sonra vətəndaş özünün və ailəsinin istəyi ilə ambulator müalicə üçün evə buraxılıb”.
#Nicat Şakirli (Nikosayağı) teqi istifadə olunub
- Bloger Nikosayağı-nın Porsche-si ilə bağlı saytda elan paylaşıldı
- 5 illik həbs edilən “Nikosayağı” danışdı | Bir daha üzr istəyirəm ki...
- Nikosayağının vəkilindən təsirli çıxış | Məhkəmədən görüntülər
- “Nikosayağı”nın məhkəməsində nələr oldu? - Anbaan görüntülər
- “Nikosayağı”ya hökm oxundu, Xankəndi ermənisi danışdı, Separatçılarla təkbətək görüş
