Pleyeri seçin:

"Partlayış oldu, şəhər itdi" | Çəkilişi görəndə kim gizləndi? | Kəmalə Urakəranda | KƏNDİNƏ QAYIT

18 yanvar 2026 833 baxış

“Kəndinə qayıt” verilişinin yeni buraxılışında Yardımlı rayonunun Urakəran kəndinə səfər edilib.

Yardımlı şəhərinin mərkəzindən təxminən 5 kilometr, Bakıdan isə 200 kilometrə yaxın məsafədə, dağ yamacında yerləşən Urakəran kəndinin mövcud durumu və sakinlərin gündəlik həyatı verilişdə diqqət mərkəzində olub.

Veriliş zamanı kənd sakini Rasim dayı ilə həmsöhbət olunub.

O, kənddə sosial mühitin zəif olmasının insanların köçünə səbəb olduğunu bildirib:

“Bizim kəndin əhalisi çox idi, indi bir az azalıb. Şəraitsizlikdən çıxıb gediblər şəhərə. Burada toplaşacağımız, vaxt keçirəcəyimiz məkan yoxdur, tarixən də olmayıb. Bütün günü mən həyat yoldaşımın, o da mənim sifətimə baxır. İnsan eyni şeyi təkrar edəndə bezir, yenilik lazımdır”.

Kənd sakini Qabil Qaraxanlı isə Urakəranın tarixi barədə məlumat verib.

Onun sözlərinə görə, kəndin qədim adı “Urağaran” olub və ərazi-inzibati dəyişikliklərdən sonra indiki adını alıb:

“Kəndimizin adının tarixi Ağ Hun imperiyası dövrünə gedib çıxır. Çünki Ağ Hunların tərkibində uar tayfaları var idi. Biz uar tayfalarıyıq”.

Buraxılış çərçivəsində Yardımlı rayonunun təbiət incilərindən biri olan Nisəqala kanyonu da ziyarət olunub. Həm təbiət möcüzəsi, həm də tarixi zənginliyi ilə seçilən kanyonun qayalıqları qədim dövrlərdə buranın strateji əhəmiyyət daşıdığını göstərir. Dar keçidlər, saf dağ havası və axan çay Nisəqala kanyonunu həm macəra, həm də sakitlik axtaranlar üçün cəlbedici məkana çevirir.

Banner
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 833 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 833 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 833 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 833 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 833 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 833 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 833 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 833 baxış
İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 833 baxış
"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

Cəmiyyət
27 oktyabr 2026 833 baxış
Seçilmişlər
icon