Pleyeri seçin:

"Quru torpağın üstündə yatırlar" | Ana və oğlu niyə acınacaqlı vəziyyətdə qalıb? - Baku TV

24 fevral 2026 596 baxış

Baku TV-nin qaynar xəttinə Kəngərli rayonunun Şahtaxtı kəndində yaşayan ana və oğulun daxmada yaşaması barədə məlumat daxil olub.

Kənd sakinləri və qonşular onların reabilitasiya mərkəzinə və ya sığınacağa yerləşdirilməsini istəyirlər.

“Onlara baxan lazımdır. İki ildir su görmür, hamama girmirlər. Yəni vəziyyət çox pisdir. 15 ildən artıqdır ki, belə şəraitdə yaşayırlar. Evin qapısı və pəncərəsi yoxdur, onlar quru torpağın üstündə yatırlar”, – qonşulardan biri söyləyib.

Kəngərli Rayon İcra Hakimiyyətindən bildirilib ki, 54 yaşlı Babayev Mirzəli Fətulla oğlu ikinci qrup əlildir, anası 85 yaşlı Babayeva Meyxanım Həsən qızı isə yaşa görə təqaüd alır. Onların yaşadıqları ev bərbad vəziyyətdədir və yaşayış üçün minimum tələblərə belə cavab vermir. Evdə dəfələrlə yanğın hadisəsi baş verdiyi üçün elektrik və qaz xətləri kəsilib.

Ailə Sosial Xidmətlər Agentliyi və Şahtaxtı kənd icra nümayəndəliyinin əməkdaşları tərəfindən dəfələrlə ziyarət olunub və onlara Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sosial xidmət müəssisələrinə yerləşdirilmələri tövsiyə edilib. Lakin ailə verilən təkliflərdən imtina edib.

Sonuncu ziyarət 2026-cı ilin fevralın 19-da Şahtaxtı kənd icra nümayəndəliyinin iştirakı ilə həyata keçirilib. Ziyarət zamanı ailəyə sosial xidmət müəssisəsinin fəaliyyəti və mahiyyəti izah olunub, həmçinin vətəndaşın həmin müəssisəyə müraciət etmək və orada yaşamaq hüququ olduğu bildirilib. Lakin vətəndaş Şahbuz rayonunda fəaliyyət göstərən sosial xidmət müəssisəsinə getməkdən imtina edib.

Kopyalandı
Banner
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 596 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 596 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 596 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 596 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 596 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 596 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 596 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 596 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 596 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 596 baxış
Seçilmişlər
icon