Pleyeri seçin:
"Şikayət edirik, bizi yola verirlər" | Əhalinin səbri daşıb | "Sayğac fırlanır, amma..." - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında Hökməli qəsəbəsində yaşayan sakinlərin aylardır su problemindən əziyyət çəkdiyi məlum olub.
Ərazidə yaşayan 20 ailənin sözlərinə görə, artıq üç aydır evlərinə su verilmir.
Sakinlər bildirirlər ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemin həlli istiqamətində tədbir görülməyib.
Aidiyyəti qurum problemin həlli əvəzinə 20 ailədən yalnız ikisinə bir dəfə iki ton həcmində su verib. Bundan sonra isə vətəndaşların müraciətlərinə cavab verilməyib.
Sakinlərdən biri vəziyyəti belə ifadə edib:
“Üç aydan çoxdur su gəlmir. Ancaq maşınla su alırıq. Gedib şikayət etmişik, bizi yola verirlər. Su istifadə etmirəm, amma sayğac fırlanır”.
Kopyalandı
#Hökməli qəsəbəsi teqi istifadə olunub
- Güclü yağışdan sonra sakinlərin gündəlik yaşayışı alt-üst oldu - Baku TV CANLI
- Hökməli sakinlərinin palçıqlı yollarla imtahanı - Baku TV
- Hökməli sakinləri evdən çıxmaqda çətinlik çəkir
- Lil, palçıq, keçilməz yol - Hökməli sakinləri çıxılmaz vəziyyətdə - Baku TV
- “Pəncərəni də aça bilmirik” | Hökməli sakinlərinin şikayətinə qurum nə cavab verdi? - Baku TV
