Pleyeri seçin:
Lil, palçıq, keçilməz yol - Hökməli sakinləri çıxılmaz vəziyyətdə - Baku TV
Hökməli qəsəbəsinin yeni massiv adlanan ərazisində yollar uzun müddətdir yararsız vəziyyətdədir.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, son günlər yağan yağışlar vəziyyəti daha da ağırlaşdırıb. Küçələr palçığa çevrilib, həm avtomobillərin, həm də piyadaların hərəkəti çətinləşib.
Sakinlər qeyd edirlər ki, əvvəllər öz vəsaitləri hesabına yollara asfalt qırıntısı və çınqıl töküblər. Lakin təxminən iki ay əvvəl elektrik xətlərinin çəkilməsi üçün yol qazılıb və sonradan ərazi yalnız torpaqla doldurulub.
Sakinlər məsələ ilə bağlı dəfələrlə Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini, lakin yolun bərpası ilə bağlı verilən vədlərin hələ də yerinə yetirilmədiyini bildirirlər.
Kopyalandı
#Hökməli qəsəbəsi teqi istifadə olunub
- “Pəncərəni də aça bilmirik” | Hökməli sakinlərinin şikayətinə qurum nə cavab verdi? - Baku TV
- Sakinlər tullantı sularından şikayətçidir | Bəs qurum problemin səbəbini nədə görür? - Baku TV
- Divarlar çatlayır, sakinlər təşviş içindədir | Hökməlidəki problem niyə həll edilmir? - Baku TV
- Köhnə avtomobilini yeniləmək istəyənlərin nəzərinə: 1050 manatlıq fürsət nədir? - Baku TV
- Hökməlidə susuz qalan ailələrin müraciətinə kim cavab verəcək | Qurumdan açıqlama - Baku TV
