"Sputnik Azərbaycan"ın Bakı ofisindəki əməliyyatdan anbaan görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
"Sputnik Azərbaycan"ın Bakı ofisindəki əməliyyatdan anbaan görüntülər"Sputnik Azərbaycan"da keçirilən əməliyyat nəticəsində saxlanılan iki nəfər binadan çıxarılıb.
Həmin şəxslər hüquq-mühafizə orqanlarının avtomobili ilə ərazidən aparılıb.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər. Ancaq buna baxmayaraq, "Sputnik Azərbaycan"ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub. Məlumata görə, "Sputnik Azərbaycan"da əməliyyat nəticəsində binadan çıxarılan şəxslər direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovdur.
#Sputnik Azərbaycan teqi istifadə olunub
- “Rusiya FTX ilə əməkdaşlıq ediblər” | Mətbuat Şurasından “Sputnik Azərbaycan”la bağlı vacib bəyanat
- “Moskva bunu etməsə...” | Rusiya-Azərbaycan əlaqələri hansı şərtlə yaxşılaşa bilər?
- Son dəqiqə | “Sputnik Azərbaycan” işi ilə bağlı saxlanılanlar barəsində məlumat
- 5 nəfərlə bağlı qərar verildi | Detallar açıqlandı
- Dmitri Kiselyov "Sputnik Azərbaycan"ın bağlanmasından danışdı | Rəsmi açıqlamanın detalları
