Pleyeri seçin:

“Rusiya FTX ilə əməkdaşlıq ediblər” | Mətbuat Şurasından “Sputnik Azərbaycan”la bağlı vacib bəyanat

12 iyul 2025 662 baxış

Mətbuat Şurası "Sputnik Azərbaycan”ın ölkəmizdəki qanunsuz fəaliyyəti ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, son illərdə Rusiya Federasiyası kütləvi informasiya vasitələrindən xarici siyasət təsir aləti kimi daha fəal istifadə edir. İnformasiya fəaliyyəti pərdəsi altında ictimai rəyin formalaşdırılmasına və suveren dövlətlərdə siyasi vəziyyətin destabilizasiyasına yönəlmiş geniş miqyaslı kampaniyalar həyata keçirilir.

Bu cür hərəkətlər başqa ölkələrin daxili işlərinə müdaxilə olaraq, yerli ictimai qurumların fəaliyyətini sarsıdır və hakimiyyətə olan etimad səviyyəsini azaldır:

"Bu təcrübə xüsusilə Rusiyanın “Sputnik” agentliyi və onun əməkdaşlarının fəaliyyətində aydın şəkildə özünü göstərir. Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və insan hüquqları assosiasiyalarına ünvanlanmış açıq məktubuna cavab olaraq, beynəlxalq ictimaiyyətə hadisələrin obyektiv mənzərəsini təqdim etməyi zəruri hesab edirik.

Hər şeydən əvvəl, məktubda faktlar kobud şəkildə təhrif edilib, bu da beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdinin aydın sübutudur. "Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun saxlanılması açıq məktubda iddia edilənlərin əksinə olaraq, onların jurnalistika sahəsində peşə vəzifələrini yerinə yetirmələri ilə heç bir əlaqəsi yoxdur".

Vurğulanıb ki, göstərilən şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq edirdilər və jurnalistika fəaliyyətinə aid olmayan tapşırıqları yerinə yetirmək məqsədi ilə Azərbaycanda olublar. Bu baxımdan, onların saxlanılması qüvvədə olan qanunvericiliyə tam uyğun olaraq və hüquqi çərçivədə həyata keçirilmiş qanuni tədbirdir:

"Biz beynəlxalq jurnalist və insan hüquqları təşkilatlarını bu cür informasiya təxribatlarına adekvat reaksiya verməyə və mediadan siyasi məqsədlər üçün istifadə edilməsini qətiyyətlə pisləməyə çağırırıq", – deyə bəyanatda vurğulanıb.

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Siyasət
25 sentyabr 2026 662 baxış
Hadisə ilə bağlı cinayət işi açıldı

Hadisə ilə bağlı cinayət işi açıldı

Siyasət
25 sentyabr 2026 662 baxış
Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Siyasət
25 sentyabr 2026 662 baxış
ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

Siyasət
25 sentyabr 2026 662 baxış
Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Siyasət
25 sentyabr 2026 662 baxış
“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
25 sentyabr 2026 662 baxış
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

Siyasət
25 sentyabr 2026 662 baxış
ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

Siyasət
25 sentyabr 2026 662 baxış
Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Siyasət
25 sentyabr 2026 662 baxış
Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Siyasət
25 sentyabr 2026 662 baxış
Seçilmişlər
icon