"Şuşa günləri" layihəsi Qazaxıstanda: Astana və Türkistan şəhərlərində Şuşadan danışıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın 2023-cü il üzrə Türk Dünyasının Mədəniyyət Paytaxtı statusunu daşıması ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Şuşa Günləri” layihəsi növbəti dəfə 3-6 oktyabr 2023-cü il tarixlərində Qazaxıstanın Astana və Türkistan şəhərlərində təşkil edilib.
Oktyabrın 3-də Astanada keçirilən “Şuşa Günləri”ni açıq elan edən Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Mədəniyyət Komitəsinin sədri Kumis Seitova Şuşa şəhərinin zəngin tarixi və mədəni əhəmiyyətindən danışıb. Komitə sədri bu layihənin Türk Dünyasının iki qardaş dövləti – Azərbaycan və Qazaxıstanı daha da yaxınlaşdıracağını qeyd edib.
Tədbirdə həmçinin Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov eyni zamanda bir çox rəsmilər iştirak edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbüssü ilə Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin inşa olunması xüsusi qeyd olunub.
Layihənin tərkib hissəsi olan, Azərbaycanın görkəmli şairəsi, Qarabağ xanlığının son varisi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunan və Fond tərəfindən hazırlanan “Şuşanın tək incisi” sənədli filmində Qarabağın tarixi, mədəniyyəti və ədəbiyyatı əks olunub.
Qeyd edək ki, “Şuşa Günləri” layihəsi daha öncə Bursa, Daşkənd və Budapeşt şəhərlərində uğurla keçirilib.
