Pleyeri seçin:
"Turanın səsi"nin qalibi erməniəsilli şəxs oldu, erməni bəstəkar özündən çıxdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanın “Turanın səsi” adlı musiqi festivalında iştirak etməsi incəsənətdən çox siyasi məsələdir”.
Bunu erməni bəstəkar Artur Şahnazaryan deyib.
Onun sözlərinə görə, ermənilərin çoxu muğam dinləyir və bu, normal deyil:
“Qazaxıstanın Türküstan şəhərində keçirilən müsabiqənin məqsədi həm də buranı Türk dünyasının mədəniyyət mərkəzi kimi tanıtmaqdır. Yəni məsələ musiqi deyil, siyasidir. Ermənilər isə hələ illər əvvəl islamı musiqi yolu ilə qəbul ediblər. Ölkədə ciddi şəkildə muğam dinləyir və maliyyələşdirirlər. Bir muğam ifasına görə müğənniyə 3-4 min dollar verirlər. Hətta bir muğamın yazılması üçün ən azı 7 min dollar ayırılır. Bu xalqa uşaqlarımızın türk musiqisi ilə böyüməyi də maraqlı deyil”.
Kopyalandı
