"Ümummilli Lider xaçmazlıların xatirəsində"
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmaz rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan “Ümumilli lider Heydər Əliyev xaçmazlıların xatirələrində” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müstəsna xidmətləri ilə əbədilik qazanan ulu öndər Heydər Əliyevin mənalı və şərəfli həyat yolundan, zəngin və çoxşaxəli irsindən söz açıb.
Milli Qəhrəman Yavər Şahbazovun atası, müxtəlif illərdə ulu öndər Heydər Əliyevlə şəxsən görüşmüş Əlibala Şahbazov, Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Əli Mustafayev, ehtiyatda olan zabit Sabir Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul işçisi Yaqut Məsimova və rayon ziyalısı Sürəyya Əmirova ümummilli liderlə görüşlərindən danışıb, xoş xatirələrini iştirakçılarla bölüşüblər.
Sonda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
#Xaçmaz teqi istifadə olunub
- Xaçmazda evə dolan zərərvericilər sakinləri bezdirdi - Baku TV
- Qəhvəyi mərmər bağacığının kütləvi yayılması sakinləri çətin vəziyyətə salıb - Baku TV
- Xaçmazda 9 nəfərin xəsarət aldığı ağır qəzanın baş verdiyi yerdən görüntülər - Baku TV
- Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV
- "Gəl Dost Olaq" Çərpələng Festivalının iştirakçıları təəssüratlarını bölüşdü - Baku TV
