"Valideynlər olmasa, Hindistandakı kimi yerdə oturacaqdıq" | Acınacaqlı halda qalan məktəb - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Vaxtilə təxminən 2000-ə yaxın şagirdin təhsil aldığı məktəbdə hazırda 900-ə yaxın şagird oxuyur. Buna səbəb kimi təhsil ocağının qəzalı vəziyyətdə olması göstərilir.
Şikayətçilər Lənkəran şəhər 10 saylı tam orta məktəbin əsaslı təmirə ehtiyacı olduğunu bildirirlər.
Məktəb müəllimi Ziyafət Bayramovanın sözlərinə görə, təhsil müəssisəsi 1985-ci ildə istifadəyə verilsə də, bu müddət ərzində əsaslı təmir aparılmayıb:
“Sinif otaqlarında toz qalxır, sement örtüyü aşınıb. Bu vəziyyət uşaqların sağlamlığı üçün də risk yaradır. İllər ərzində məktəb demək olar ki, bərbad vəziyyətə düşüb. Əgər bu günə qədər fəaliyyət göstəribsə, bu daha çox valideynlərin dəstəyi hesabına olub. Hər il imkan daxilində məktəbə müəyyən köməklik göstərmişik. Yoxsa indi Hindistan məktəbləri kimi yerdə oturmalı olardıq”.
“Məktəb çox qəzalı vəziyyətdədir. Sinif otaqları bərbad haldadır və tədris üçün uyğun deyil. Qış aylarında isə uşaqların burada təhsil alması demək olar ki, mümkün olmur. Ümumilikdə vəziyyət çox ağırdır”, – valideyn Zamin Rzayev bildirib.
#Lənkəran teqi istifadə olunub
- “Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV
- “Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV
- Fermerlər çətin vəziyyətdə | Lənkəranda meyvə bağlarına ciddi ziyan vuran hadisə - Baku TV CANLI
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
