"Xırdalan-2" stansiyasının tikilməsi vacibdir | Nəqliyyat ekspertindən açıqlama - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Son dövrlərdə paytaxtda nəqliyyatın hərəkətində əhəmiyyətli dəyişikliklər edilib. Onlardan ən vacibi isə avtobus və mikromobillik zolaqlarının çəkilməsi olub. Bu, tıxacla ən effektiv mübarizə üsullarından biri sayılır. Lakin hələ də paytaxtın bəzi ərazilərində, eləcə də Xırdalanda xaos hökm sürür.
Xırdalan sakinləri məsələ ilə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
“Uşaqlar tıxaca düşməsinlər deyə səhər tezdən durub yola düşürlər, doyunca yata bilmirlər. Nə işə, nə də evə vaxtında çatırıq. İstirahətimizi edə bilmirik, çox çətin vəziyyətdəyik”, – vətəndaşlardan biri söyləyib.
Digər bir sakin isə bildirib: “Əhalinin sayının çoxalması və tikintilərin artması bizə problem yaradır. Çoxlu evlər tikirlər, amma tıxac problemini düşünən yoxdur”.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev sözügedən problemin həlli istiqamətində təkliflərini irəli sürüb:
“Küçələr transformasiya olunmalıdır. Eləcə də dəmiryol stansiyalarının sayını artırmaq lazımdır. Düşünürəm ki, “Xırdalan-2” stansiyasının tikilməsi vacibdir. Xırdalan-Bakı arasında dəmir yolu yerüstü metro funksiyasını daşımalıdır. Yəni saat 06:00-dan gecə 00:00-a qədər 15-20 dəqiqəlik intervalla qatarların hərəkəti təmin olunmalıdır”.
#Xırdalan teqi istifadə olunub
- "Baku TV"nin gündəmə gətirdiyi qanunsuz tikili ilə bağlı tədbir görüldü - Baku TV
- Xırdalanda piyada yolu zəbt edilib? | Sakinlər tikintidən narazıdır? - Baku TV CANLI
- "Nə edirlərsə, mənim də başım çıxmır" | Xırdalanda piyada yolunda ev tikilir? - Baku TV
- Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV
- Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV
