"Yalançıdır, hamısını zəbt edib!" | Qardaşlar arasında qalmaqal yaradan mülk davası - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Vətəndaş Şahin Nəcəfli iddia edir ki, Sumqayıtda Yaşıldərə massivi, Çerkassi küçəsi, 5-ci döngədə yerləşən fərdi yaşayış evi onlara anasından qalıb.
Anasının vəfatından sonra həmin ev satılıb, məbləği övladlar arasında bərabər paylanmalı idi. Lakin böyük qardaşı Şamil Nəcəfli onlardan xəbərsiz həmin evi satıb.
“Bizə evi 60 minə satıb pulunu dörd nəfər arasında böləcəyini demişdi. İndi isə bunu etməyəcəyini bildirir. Evi satıb, puluna da üç dənə maşın alıb”, – deyə şikayətçi Şahin Cəfərli bildirib.
Şamil Nəcəfli isə Baku TV-yə açıqlamasında iddiaların həqiqət olmadığını, evin onun adına olduğunu söyləyib:
“O, fırıldaqçı adamdır. Sözügedən ev mənimdir. Vaxtilə ona birotaqlı ev də alıb vermişdim. Həm atamın, həm də mənim bağımı satıb. Hər şeyi zəbt edən adamdır”.
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
