Pleyeri seçin:
Qurban Yetirmişli çağırış etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Sosial şəbəkələrdə yalan məlumat yayanlar evlərində oturub, dənizin 65 km dərinliyindən zəlzələ xəbəri verirlər? Ayıbdır”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində bu gecə baş vermiş zəlzələ ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
“Dünənki təkanın heç bir qorxusu yox idi, çünki çox dərində idi. Bizdə zəlzələ ocağı Xəzərdə, özü də çox dərində yerləşir. Bu dərinlikdə baş verən təkan fəsad törədə bilməz. İnsanlar gərək ayıq olsun, şayiələrə inanmasınlar. Sosial şəbəkələri heç oxumaq da lazım deyil”, – deyə Q.Yetirmişli əlavə edib.
Kopyalandı
#Zəlzələ teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- Hündürmərtəbəli binaların sakinləri təxliyə edilib
- Kolumbiyada zəlzələ bölgəsində itkilər artır | Axtarış əməliyyatları davam etdirilir - Baku TV
- Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib
- Kolumbiyada güclü zəlzələ baş verib | Xilasetmə işləri aparılır - Baku TV
