Quru makaronlar hansı xəstəlikləri yaradır? | Həkimdən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Əksər uşağın çox sevdiyi, tez-tez yediyi bişirilməmiş quru makaronlarla bağlı sosial şəbəkələrdə yayılan görüntülər insanları bu məhsulla bağlı yenidən düşünməyə vadar edib.
Tərkibində qurdların olduğu iddia edilən kadrlarda balacaların sağlamlığı üçün təhlükə olduğu aydın görünür. Ekspertlər bu makaronların zərərli olduğunu, hətta xərçəng yarada biləcəyini deyirlər. Quru makaronların tərkibində asılılıq yaradan maddə olduğu da qeyd olunur.
Qida üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib ki, belə qidaları qəbul edən şəxslərdə bir çox daxili orqanların xəstəlikləri, eyni zamanda həzm problemi yaranır:
“Onların yanında istifadə olunan, el arasında Çin duzu kimi tanınan dadlandırıcılar ağızda ənənəvi dadbilmə hissini pozmaqla yanaşı, həm də həmin qidadan asılılıq yaradır”.
Üstəlik, bu makaronların plastik qablarda olması, həmin qabda qidaya qaynar suyun əlavə edilərək hazırlanması onları daha da zərərli edir. Mütəxəssislər deyirlər ki, adi gün şüalarının təsiri nəticəsində bu növ qida məhsullarında kimyəvi reaksiyalar gedir və qəbulu zamanı bütün orqanların zədələnmək ehtimalı artır.
#Xərçəng xəstəliyi teqi istifadə olunub
- Bəzi şişlərin inkişaf riskini piylənmə artırır?
- “Həkim bilirdi ki...” | Dişini çəkdirən qadın xərçəng oldu | Bakıda dəhşət - Baku TV
- Xərçəngə qarşı aparılan əməliyyatda qeyri-adi üsuldan istifadə edildi
- Xərçəngə qarşı fərdiləşdirilmiş vaksin uğurla sınaqdan keçirilib
- Xərçəng xəstəliyinin müalicəsi üçün yeni alət hazırlanıb
