Rusiyada istehsal olunan yağda uyğunsuzluq aşkar edildi? | AQTA məsələyə aydınlıq gətirdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Слобода” əmtəə nişanlı günəbaxan yağı partiyalarının Belarus Respublikasının dövlət standartının tələblərinə uyğun olmaması səbəbindən bu ölkədə satışının qadağan edilməsi ilə bağlı yayılmış məlumatlar əsasında müvafiq araşdırmalar aparılıb”.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, aparılan sınaq nəticələrinə əsasən, ölkəmizə idxal olunan həmin bitki yağı məhsulu partiyalarında hər hansı uyğunsuzluq aşkarlanmayıb.
“Lakin bəzi saytlar əhalidə yersiz çaşqınlıq yaratmaq məqsədilə guya həmin məhsulun dünyada qadağan olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayır. Rusiya istehsalı olan həmin məhsula təkcə Belarusda qadağa qoyulub. Sözügedən qida məhsulu ilə bağlı heç bir narahatlığa əsas yoxdur”, – deyə qurumdan bildirilib.
#Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) teqi istifadə olunub
- Süni kürü, düzgün saxlanılmayan ət... | Bakıda şadlıq sarayının mətbəxində yoxlama - Baku TV
- Yeni qaydalar fermerlərə və ət bazarına necə təsir edəcək? - Baku TV CANLI
- Adi görünən bir səhlənkarlıq kütləvi zəhərlənmə ilə nəticələnə bilər - Baku TV
- Şad günün acı sonluğu | Toydan sonra restorana məhdudiyyət qoyuldu - Baku TV
- Dönərxanalara ət göndərən sexdə nələr aşkarlandı? - Baku TV CANLI
