Pleyeri seçin:

Rusiyanın AZAL təyyarəsini vurması dünya gündəmində | Nələr ortaya çıxdı?

27 dekabr 2024 323 baxış

“Kapitan İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və baş stüardessa Hökumə Əliyeva təcili qəza eniş zamanı həlak olub, digər iki ekipaj üzvü – stüard Zülfüqar Əsədov və stüardessa Aydan Rəhimli sağ qalıb, onlar xəstəxanadadır. Mütəxəssislər sərnişinlərin həyatının xilas edilməsində onların rolunun danılmaz olduğunu vurğulayırlar”.

Bu barədə “Euronews”un materialında deyilir.

Qeyd olunur ki, Aktauda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus 8432 saylı reysin son dəqiqələri ilə bağlı təfərrüat ortaya çıxdıqca, getdikcə daha çox ekspert təyyarənin ekipajını qəhrəman adlandırır. Mütəxəssislərin fikrincə, son ana qədər sərnişinləri xilas etmək üçün əlindən gələni edən pilotlar və stüardessalar həlledici rol oynayıblar. Bildirilir ki, dekabrın 26-sı Azərbaycan hökumət mənbələri qəzaya Rusiyanın yer-hava raketinin səbəb olduğunu təsdiqləyib:

“Daha sonra “Reuters” aydınlaşdırıb ki, təyyarə Rusiyanın “Pantsir-S” zenit-raket kompleksi tərəfindən vurulub və onun rabitəsi Qroznıya yaxınlaşarkən elektron döyüş sistemləri tərəfindən iflic edilib.

Hökumət mənbələri vurğulayıblar ki, zədələnmiş təyyarənin pilotlarının təcili eniş istəklərinə baxmayaraq, Rusiya hava limanlarına enməsinə icazə verilməyib və Xəzər dənizi üzərindən Qazaxıstana doğru uçmaq göstərişi verilib. Alınan məlumatlara əsasən, təyyarənin GPS naviqasiya sistemləri bütün dəniz üzərində uçuş zamanı əngəllənib.

Sağ qalan ekipaj üzvü 25 yaşlı Aydan Rəhimli Mangistau regional xəstəxanasındadır. O, şok vəziyyətindədir, onunla psixoloqlar işləyir. Onun həmkarı Zülfüqar Əsədov başından, kürəyindən, ayaqlarından və qollarından xəsarət alıb və həkim nəzarətindədir. Uçuş zamanı sərnişinin çəkdiyi videoda qəzada həlak olan baş stüardessa Hökumə Əliyevanın səsi eşidilir, o, təyyarə salonundakı sərnişinləri sakitləşdirməyə çalışır. İqor Kşnyakinə gəlincə, onun 15 000 saatdan çox uçuş təcrübəsi olub ki, bunun da 11 200 saatı ekipaj kapitanı olub.

Mütəxəssislərin fikrincə, o, birinci zabit Kalyaninovla birlikdə heyrətamiz pilotluq məharəti nümayiş etdirərək, vurulan təyyarənin Xəzər dənizindən keçərək Aktau Hava Limanının uçuş-eniş zolağından cəmi 3 kilometr aralıda təcili eniş etməsinə nail olub.

Qəza yerinin və təyyarənin qalıqlarının videogörüntülərinə əsaslanaraq, aviasiya mütəxəssisləri belə qənaətə gəliblər ki, “Embraer 190”ın sol üfüqi stabilizatoru, yəqin ki, qəlpələrlə deşilib və təyyarə öz hidravlik sistemlərinin əksəriyyətini, o cümlədən sükanı itirib.

Mütəxəssislər tərəfindən təhlil edilən video yazılar göstərir ki, pilotlar təyyarənin sürətini dəyişməyə məcbur olublar: sürəti əldə etmək üçün enmək, sürəti azaltmaq üçün isə qalxmaq.

Təyyarəni bu şəkildə idarə etmək cəhdləri “fuqoid” yırğalanma kimi tanınan amillə nəticələnib. Pilotların yumşaq eniş etmək imkanı olmadı, onlar təcili eniş etmək məcburiyyətində qaldılar”.

Banner
"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

Cəmiyyət
28 oktyabr 2026 323 baxış
“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 323 baxış
Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 323 baxış
“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 323 baxış
“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 323 baxış
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 323 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 323 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 323 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 323 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 323 baxış
Seçilmişlər
icon