Pleyeri seçin:
Saatlıda 43 ildir düzəldilməyən yol | Sakinlər və bələdiyyə sədri danışdı
Saatlının Qara Nuru kəndində sakinlər yolların bərbad olmasından şikayətçidirlər.
Birinci Qarabağ müharibəsi şəhidi Zahid Əsgərovun adını daşıyan küçənin sakinləri bildiriblər ki, yollar illərdir bu vəziyyətdədir.
Onların sözlərinə görə, məsələ ilə bağlı İcra Hakimiyyətinə müraciət etsələr də, müəyyən vədlər verilib, amma problem həll olunmayıb:
“Dəfələrlə sakinlərin özləri 10 manatdan vəsait toplayıblar. Yağış yağanda uşaqlar bir həftə, 10 gün məktəbə gedə bilmirlər. Təcili tibbi yardım vaxtında xəstənin yanına çata bilmir”.
Məsələ ilə bağlı bələdiyyə sədri bildirib ki, 3-4 il əvvəl vətəndaşların müraciəti əsasında əraziyə çınqıl daşları tökülüb:
“Gücümüz çatan qədər yolu təmir etməyə çalışırıq. Amma asfalt çəkməyə büdcəmiz yoxdur”.
Kopyalandı
#Saatlı teqi istifadə olunub
- Mövsüm meyvələrinin yığımından görüntülər
- "Sudan keçib gedib baxırdım ki..." | Narkotik əkən şəxs əməllərini etiraf etdi
- Saatlıda bədbəxt hadisə | Yeniyetmə Araz çayında...
- “Yaşamaq mümkün deyil!” - Üfunət içində qalan sakinlərin bitməyən problemləri
- İtkin düşmüş şəxsi qonşuluqdakı ata-oğul niyə qətlə yetirib? | Saatlıda müəmmalı hadisə
