Sabiq deputat ifadəsində nə dedi? – Hüseyn Abdullayevin cinayət işi barədə son vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının yeniləndiyi bildirilib.
Qeyd olunub ki, təqsirləndirilən şəxs və ailəsi tərəfindən Prezidentə və Baş Prokurorluğa müraciət ünvanlanıb, müraciətin bir nüsxəsi məhkəməyə daxil olub.
Müraciətlə bağlı məhkəmə istintaqı yenilənib. Bu səbəbdən dövlət ittihamçısı təqsirləndirilən şəxsə ittiham aktını yenidən xatırladıb və Hüseyn Abdullayevə ifadə vermək təklif olunub.
O ifadə verərək özünü təqsirli bilmədiyini deyib. Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış edərək Hüseyn Abdullayevin 3 il müvafiq vəzifə tutmaq hüququndan məhrum olunmaqla 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Təqsirləndirilən şəxsin vəkilləri çıxış üçün vaxt istədiyindən növbəti məhkəmə prosesi fevralın 13-dək təxirə salınıb.
#Bakı Ağır Cinayətlər Məhkəməsi teqi istifadə olunub
- Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV
- Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV
- Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV
- Dövlətə xəyanət və hakimiyyəti ələ keçirmə | Məhkəmə hansı qərarı verdi? - Baku TV CANLI
- "Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV
