Sahibə Qafarova Fazil Mustafanı xəstəxanada ziyarət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin sədri Sahibə Qafarova bu gün Fazil Mustafanı müalicə olunduğu xəstəxanada ziyarət edib. Onun ailə üzvləri ilə görüşüb.
Fazil Mustafanın vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanan spikerə məlumat verilib ki, onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün lazımi tədbirlər görülür.
Milli Məclisin sədri qeyd edib ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq tapşırıqlarını verib və məsələ müvafiq dövlət qurumlarının diqqət mərkəzindədir. Spiker həmçinin dövlət başçısının Milli Məclisin deputatına qarşı xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı hüquq-mühafizə orqanlarına göstəriş verdiyini xatırladıb. Bildirilib ki, bu terroru törədənlər öz məqsədlərinə nail ola bilməyəcəklər.
#Sahibə Qafarova teqi istifadə olunub
- Bakıdan islam dünyasına hansı mesajlar verildi? | Tərəflər razılığa yaxınlaşır? - YENİ BİR SƏHƏR
- İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı toplandı - Baku TV
- Sahibə Qafarova İqor Sergeyenko ilə görüşdü - Baku TV
- Bakı İrəvan və Moskva ilə əlaqələri balanslı şəkildə inkişaf etdirir
- Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda bir araya gəldi - Baku TV CANLI
