Sakinlər təhlükədə: Ağstafada qəzalı bina nə vaxt bərpa olunacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafada 22 ailənin yaşadığı üçmərtəbəli bina hər an uça bilər. Küləkli və yağışlı havalarda isə vəziyyət daha acınacaqlı olur.
Sakinlər deyirlər ki, düz 113 il əvvəl istifadəyə verilən binanın hazırkı durumu ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, səslərinə səs verən yoxdur:
“Bina təhlükəli vəziyyətdədir. Uçmaq ehtimalı var. Hər yerində çatlar əmələ gəlib. Külək olan kimi daşlar tökülür. Buradan keçmək mümkün olmur. Heç kim qorxusundan binaya yaxınlaşa bilmir”.
Məsələ ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətindən bildirilib ki, vəsaitin ayrılması üçün binanın yararsız olması barədə layihə işlənilərək Nazirlər Kabinetinə müraciət edilib: “Yəqin ki, yaxın müddətdə vəsait ayrılacaq və binanın yerində yenisi tikiləcək”.
#Ağstafa teqi istifadə olunub
- Ağstafada müəllimlər arasında yaranan mübahisə xəsarətlə nəticələndi - 24 SAAT
- “Dedi, səni çatladaraq öldürəcəyəm” | Müəllimlər əlbəyaxa dava edib? | Məktəbdə qalmaqal - Baku TV
- Ağstafada iki nəfər arasında başlayan mübahisənin dəhşətli sonu - Baku TV CANLI
- “İnanmadım ki, Sabir belə iş görə” | Ağstafada faciə | Parkdakı söz-söhbət qanla bitdi - Baku TV
- Ağstafada video çəkən yeniyetmə xəstəxanalıq oldu - Baku TV CANLI
