Sakinlərin başına bəla olan “KamAZ” | Baku TV məsələyə müdaxilə etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Yararsız vəziyyətdə olan “KamAZ” markalı yük maşınının illərdir Xətai rayonu Gəncə prospekti 52 ünvanında saxlanılması burada yaşayan sakinləri narahat edir.
Onların sözlərinə görə, ərazidə zibil qutularının olmasına baxmayaraq, “KamAz”ın içi də tullantı ilə doludur. Yük maşını sakinlərin rahat hərəkətinə də mane olur.
“Bir ildən çoxdur burada yaşayıram. Evə zibilin qoxusu çox pis vurur. İyə görə pəncərəni də aça bilmirik. “KamAz”ın burada dayanması bizə mane olur. Məktəbə gedilən yoldur, üstəlik, sürücülər döngəni rahat dönə bilmirlər”, – deyə sakin narazılıq bildirib.
Baku TV problemlə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdikdən sonra qorumdan bildirilib ki, sözügedən ərazidə dayanan yük maşınının içi zibil tullantılarından təmizlənib.
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
