Şamaxıda antisanitar vəziyyət | Kanalizasiya problemi niyə həll olunmur - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxı rayonunun Şəhriyar qəsəbəsinin sakinləri kanalizasiya xəttinin olmamasından şikayətləniblər.
Onlar bununla bağlı Baku TV-nin qaynar xəttinə müraciət ediblər.
Sakinlərin sözlərinə görə, qəsəbənin bəzi küçələrində kanalizasiya xətti yoxdur. Bu səbəbdən çirkab suları küçələrə axıdılır. Onlar bildirirlər ki, problem təxminən 30 ildir davam edir.
Sakinlərin sözlərinə görə, əvvəllər çirkab suları həyətlərdə qazılan quyulara axıdılıb. Quyuların dolması ilə suların küçələrə axıdılması halları artıb.
Onlar küçədən hərəkət edən azyaşlıların da çirkab sularla təmas riski ilə üzləşdiyini bildirirlər. Sakinlər bəzi uşaqlarda göz infeksiyası yarandığını və bununla bağlı müalicə aldıqlarını iddia edirlər.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunub. Onlar yeni kanalizasiya layihəsinin hazırlandığını, lakin layihənin təxminən 10 ildir icra edilmədiyini bildirirlər.
#Şamaxı teqi istifadə olunub
- 5 uşaq atası olan vəzifəli şəxs barədə dəhşətli xəbər
- "Yanında uşaqlar olub..." | Şamaxıda azyaşlının faciəvi ölümünün detalları məlum oldu - Baku TV
- Şamaxıda faciəvi hadisənin detalları məlum oldu - Baku TV CANLI
- “Beləsi asfaltdan da gözəldir” | Şəhidin adını daşıyan küçədə sakinlərdən nümunəvi addım - Baku TV
- Şamaxıda faciəvi qəza | Avtomobil piyadanı vuraraq öldürüb - Baku TV
