Şamaxıda qəzalı məktəb təmir olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxı rayonunda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Baku Tv xəbər verir ki, rayonda qəzalı vəziyyətə düşən məktəb sökülərək müasir məktəblə əvəz olunub.
Şamaxı şəhər 2 saylı məktəb zəlzələ zamanı qəzalı vəziyyətə düşdüyündən məktəbdə tədris dayandırılmışdı. Məktəbin qəzalı vəziyyətə düşən korpusu 1985-ci ildə tikilmişdi.
Ölkə prezidentinin sərəncamı ilə məktəbin tikintisinə start verildi və məktəb bu tədris ili üçün tam hazır vəziyyətə gətirilib.
Yeni tədris ilində məktəbin sagirdlərin istifadəsinə veriləcək. Hazırda yeni məktəb binasında son tamamlanma işləri aparılır.
Tikinti işlərinə ötən ilin noyabr ayında başlanıb. Hazırda tamamlanma işləri aparılır. Binanın həyətinə asfalt döşənir.
Yeni tikilən məktəb 960 yerlik olmaqla, dörd mərtəbədən və dörd korpusdan ibarət olacaq. Yeni məktəb binasında akt və idman zalları, siniflər, məktəbə hazırlıq sinifləri, laboratoriya, kitabxana, hərbi kabinetlər, texnologiya otağı, yeməkxana yaradılıb. Tədris ocağı zəruri avadanlıqlarla təchiz edilib.
