Saxlanılan gömrük generalları barədə qərar verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov və Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan “Azərterminalkompleks” Birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov ev dustaqlığına buraxılıb.
Bu barədə onların vəkilləri məlumat verib. Məlumata görə, Məsum Rəsulov və Ehtiram Xəlilov ittiham üzrə dövlətə vurulan ziyan məbləğini tam həcmdə dövlət büdcəsinə ödəyiblər. Buna görə də məhkəmə tərəfindən müdafiəçilərin vəsatətləri təmin edilərək onların barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda barələrində cinayət işi davam edir.
Qeyd edək ki, adıçəkilən şəxslər külli miqdarda mənimsəmə cinayətlərində təqsirli bilinirlər.
#Dövlət Gömrük Komitəsi teqi istifadə olunub
- Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər - Baku TV CANLI
- Ukraynada saxlanılan Gömrük Komitəsinin sabiq əməkdaşı Azərbaycana gətirilir - 24 SAAT
- “Qırmızı Körpü” postunda şübhəli yük avtomobili saxlanıldı - Baku TV
- “Qırmızı Körpü” postunda saxlanılan yük maşınında görün nələr aşkarlandı - Baku TV CANLI
- Kərə yağının istehsalı və idxalında azalma müşahidə olunub - Baku TV
