Saxta pasport düzəldib sərhədi keçənlər saxlanıldı | DSX-dən əməliyyat
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Sərhəd Xidməti 2023-cü ilin dekabr ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 41 nəfəri saxlayıb.
Qurumdan verilən məlumata görə, оnların 20-si Azərbaycan, 6-sı Pakistan, 7-si İran, 3-ü Hindistan, 2-si Əlcəzair, 1-i Tacikistan, 1-i Gürcüstan və 1-i Türkiyə vətəndaşı оlub.
Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində 22 nəfər saxta tarix möhürü, saxtalaşdırılan pasport və özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.
Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 834 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 404 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib. Ölkədən çıxışı qadağan olunan 419 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 16 nəfərin isə Azərbaycana daxil olmasının qarşısı alınıb. 155 kiloqram 280 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 100 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb. Ümumi dəyəri 2 milyon 358 min manat оlan qaçaqmal saxlanılıb.
#Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti teqi istifadə olunub
- Dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb - ANA XƏBƏR
- DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI
- Dövlət Sərhəd Xidməti İranla sərhəddə təcili əməliyyat keçirdi - Baku TV CANLI
- İlham Əliyev DSX-nin bir sıra hərbi qulluqçularını təltif etdi - Baku TV
- DSX məlumat yaydı: Hava sərhədini pozan PUA məhv edildi - ANA XƏBƏR
