Pleyeri seçin:
Şəhid Baba Mikayılov 31 il sonra dəfn edildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsində itkin düşən və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunan Baba Mikayılov Şamaxıda dəfn edilib.
1969-cu il təvəllüdlü Baba Mikayılovun meyitinin qalıqları rayonun Göylər kəndində torpağa tapşırılıb. Dəfndə şəhidin yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, o, 1992-ci ildə Birinci Qarabağ müharibəsində Şuşanın Daşaltı kəndi ərazisində itkin düşmüşdü.
Xatırladaq ki, Vətən müharibəsindən sonra işğaldan azad edilən torpaqlarımızda aparılan abadlıq işləri zaman Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan hərbçilərinin sümüklərinin qalıqları aşkarlanıb.
Kopyalandı
