Səhiyyə Nazirliyindən qızılca ilə bağlı xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Səhiyyə Nazirliyi qızılcaya yoluxma ilə bağlı epidemioloji vəziyyəti açıqlayıb.
Bildirilib ki, respublikanın bəzi bölgələrində qızılcaya tək-tək yoluxma halları müşahidə edilib. Virus qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb.
Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılır, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM vaksini ilə peyvəndə cəlb olunurlar. Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir.
Qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur.
#Azərbaycan Respublikası Səhiyyə Nazirliyi teqi istifadə olunub
- "Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."
- TƏBİB-lə bağlı yeni qərar nə vəd edir?
- Azərbaycan səhiyyəsində nə dəyişəcək? - Baku TV
- “Xəstənin üzərində öyrənəcəksiniz” | “Alfa Woman Academy” insanları ölüm təhlükəsinə atır? - Baku TV
- Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyi birgə açıqlama yaydı - Baku TV
