Pleyeri seçin:

“Semaşko”da ölüm ayağındakı xəstəyə qarşı özbaşınalıq?

10 yanvar 2024 333 baxış

Bakıda yerləşən Kliniki Tibbi Mərkəzdə xəstə yaxınları ilə tibbi heyət arasında gərginlik yaşanıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb və ciddi narazılıqla qarşılanıb. İddia olunur ki, xəstəxanada xəstəyə qarşı özbaşınalıq edilib.

Məsələyə Kliniki Tibbi Mərkəzdən də münasibət bildirilib və qeyd edilib ki, 2000-ci il təvəllüdlü Səbinə Məmmədova adlı pasiyent yanvarın 8-i saat 10:00-da isterik vəziyyətdə Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.

Müayinə edildikdən sonra onun 9 həftəlik hamilə olduğu müəyyən edilib. Yaxınları qanaxma olduğunu əsas gətirərək prosesin sakit şəkildə aparılmasına müdaxilə etməyə çalışıblar.

Müayinələrdən sonra bətndəki dölün vəziyyətində hər hansı neqativ halın olmadığı dəqiqləşdirilib. Lakin xəstə yaxınları onun qan qusduğunu və hamiləliyin pozulacağını bildirdikləri üçün həkimlər tərəfindən həkim-cərrahın baxışı məsləhət görülüb.

Xəstə yaxınları bu prosesə də mane olaraq damardaxili infuziya tələb ediblər. Cərrahın baxışından sonra xəstədə mədə qanaxmasının olmadığı üzə çıxıb və o, şöbəyə yatırılıb. Analizlər götürülüb, lazımi müayinələr aparılıb və xəstədə hər hansı patologiya aşkar edilməyib. Xəstədə evdə müşahidə olunan ürəkbulanma və qanqusmanın hamiləliyin gedişində rast gəlinən normal hallardan biri olduğu barədə yaxınlarına məlumat verilib.

Kliniki Tibbi Mərkəzin açıqlamasında o da qeyd edilib ki, həkimlərin fəaliyyətinə maneə törədən və digər xəstələr üçün də narahatlıq yaradan həmin şəxslərin davranışları barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Banner
"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

Cəmiyyət
28 oktyabr 2026 333 baxış
“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 333 baxış
Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 333 baxış
“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 333 baxış
“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 333 baxış
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 333 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 333 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 333 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 333 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 333 baxış
Seçilmişlər
icon