Şikayətçi: Bakıda 75 manata aldığım dərman Türkiyədə 15 manatdır
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədən gətirilən dərmanlar Azərbaycanla müqayisədə kifayət qədər ucuz satılır. Məsələn şəkər xəstələri üçün nəzərdə tutulan preparat ölkəmizdə 75 manatdırsa, Türkiyədə bu dərman 15 manata satılır.
Bəs bu qiymət fərqinin səbəbi nədir?
İqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, qiymət fərqi belə böyükdürsə, burada inhisarçılıq var: “Qiyməti bazar müəyyən edirsə, istənilən sahibkar gedib onu Türkiyədən və yaxud başqa ölkədən alıb daha ucuz qiymətə sata bilərdi. Vətəndaşlara tövsiyəm odur ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə qiymətin niyə belə baha olması barədə şikayət etsinlər”.
Onu da bildirək ki, Türkiyənin dərman şirkətlərinin saytlarında da bu qiymət təqribən 200 - 300 tl, yəni 15-20 manat aralığında qeyd edilib. Millət vəkili Vüqar Bayramovun sözlərinə görə isə məhz belə hallarla bağlı qanuna edilən dəyişikliklər bir müddət sonra öz müsbət təsirini göstərəcək. Qeyd edək ki, sözügedən preparat Tarif Şurasının qeydiyyata alınan dərman vasitələri siyahısında da yer alıb, qiyməti isə 75 manat 66 qəpik göstərilib.
#Dərman qiymətləri teqi istifadə olunub
- Tarif Şurası bir sıra məhsul və xidmətlər üzrə yeni qiymətlər müəyyənləşdirdi - Baku TV
- “Əl yandıran” dərman qiymətləri ucuzlaşacaq? - Qiymət fərqinin səbəbləri...
- Dərmanlarla bağlı hansı dəyişikliklər edildi? | Tarif Şurası qərar verdi
- Dərmanların və alternativ maşın yolunun yeni qiymətləri açıqlandı
- Ölkəyə idxal olunacaq dərman vasitələri ilə bağlı açıqlama
