Sinif otaqları "gizli biznes ofisləri"nə çevrilib? | "Buna görə bağlayırlar ki..."
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biri də məktəb sinif otaqlarının repetitorlara icarəyə verilməsi ilə bağlı yayılan iddialardır.
Sosial platformalarda demək olar ki, hər gün bu məsələni əks etdirən müxtəlif paylaşımlara rast gəlinir. Bir çoxları belə halların qanunsuz olduğunu bildirir.
Mütəxəssislərin isə mövzu ilə bağlı fikirləri birmənalı deyil.
Təhsil eksperti Ramin Nurəliyev hesab edir ki, bəzi məktəb rəhbərləri sinif otaqlarını müəllimlərə icarəyə verərək şagirdlərin əlavə ödəniş qarşılığında repetitor yanına gəlməsinə şərait yaradırlar:
“Məktəb rəhbərliyi anlamalıdır ki, orta ümumtəhsil müəssisələri onların şəxsi mülkü deyil. Bu hallar həm ictimaiyyət, həm də valideynlər tərəfindən ciddi narahatlıqla qarşılanır”.
Təhsil eksperti Elnur Hacıyev isə bildirir ki, bu məsələ müəyyən qaydalar çərçivəsində tənzimlənə bilər. Qanunveriliciyə əsasən, dövlət təhsil müəssisəsi hüquqi bir şəxsdir və hüquqi şəxs kimi fəaliyyət göstərdiyi üçün onun müstəqil balans hesabı ola bilər:
“Əgər göstərilən xidmət və ya fəaliyyət təhsil müəssisəsinin nizamnaməsinə uyğun olarsa və qanuna zidd deyilsə, həyata keçirilə bilər”.
Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə isə sinif otaqlarından kommersiya məqsədilə istifadə edilməsi qanunla qadağandır:
“İnzibati Xətalar Məcəlləsinin 560-cı maddəsinə əsasən, dövlət əmlakının müəyyən edilmiş qaydaların pozulması ilə icarəyə verilməsinə görə vəzifəli şəxslər 3500-5000 manat məbləğində cərimə oluna bilərlər. Bu, məktəb direktorunun birbaşa inzibati məsuliyyətə cəlb edilməsidir. Repetitorluq nəticəsində gəlir əldə olunubsa, bu zaman qanunsuz sahibkarlıq və vergidən yayınma ilə bağlı inzibati və ya cinayət məsuliyyəti də yarana bilər”.
#Repetitorluq teqi istifadə olunub
- Sınaq imtahanlarının səviyyəsi ilə bağlı vacib açıqlamalar - HANSI İXTİSAS?
- Repetitorluq sistemində şagirdin düşünmə bacarığı necə formalaşır? - AKTUAL GÜNDƏM
- Hazırlıq kurslarının “abituriyent alış-verişi” | Reklam üçün görün hansı yola əl atırlar
- Məktəb direktorları problemi nə vaxt həllini tapacaq? - BAKU AKTUAL
- Nazir Baku TV-nin sualını cavablandırdı | Sübut etmək lazımdır ki…
