Pleyeri seçin:

Siyavuş Novruzov cəmiyyətdə qadınlara qarşı olan sərt münasibətdən danışdı

20 dekabr 2023 272 baxış

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov mətbuatda qadın ölümü ilə bağlı xəbər çoxluğuna görə narahat olduğunu bildirib.

S.Novruzov parlamentin bugünkü plenar iclasında çıxışında deyib ki, Azərbaycanda yol-nəqliyyat hadisələrindən sonra ikinci yerdə qadınların öldürülməsi xəbərləri gəlir:

“Hər gün mətbuatda şahidi oluruq ki, kişi həyat yoldaşını öldürdü, qayınata gəlinini güllələdi, qardaş bacısını baltaladı və s. Hesablamışam, elə gün olur ki, Azərbaycanda 7 qadın öldürülür, elə gün də olur ki, 2 qadın qətlə yetirilir. Orta hesabla günə 3-dən götürsək, bir ildə 1000-dən artıq qadın bu və ya digər məsələnin qurbanına çevrilir”.

Komitə sədrinin sözlərinə görə, burada “TikTok”un və digər texnologiyaların rolu var:

“Bu məsələ araşdırılmalıdır. Belə cinayətlər istənilən yerdə – küçədə, konsert salonlarında və digər yerlərdə baş verir. Əvvəl bu kimi hadisələr şəhərdə idisə, indi kənd yerlərində də belədir. Məsələn, bir kişi Rusiyaya gedir və qayıdan kimi birinci həyat yoldaşını öldürür. Yaxud da xaricə gedir və ailəsi ilə maraqlanmır, qayıdanda isə ya arvadını, ya da bacısını öldürür. Televiziyada bunu tərənnüm edən serialların qarşısı alınmalıdır. Göstərirlər, bilməyənlərə də öyrədirlər”.

Banner
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 272 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 272 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 272 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 272 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 272 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 272 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 272 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 272 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 272 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 272 baxış
Seçilmişlər
icon