Sosial media hesablarına göndərilən təhlükəli keçidlər
Yeniliklərdən dərhal xəbərdar olun
Son dövrlər vatsap, feysbuk və bu kimi müxtəlif sosial şəbəkələr vasitəsilə törədilən dələduzluq hallarının sayı artıb.
Fərqli mobil nömrələrdən və hesablardan ayrı-ayrı insanların sosial media hesablarına şirnikləndirici təkliflər göndərilir. Daha çox başqa ölkələrə məxsus mobil nömrələrdən göndərilən mesajlarda yüksək qazanclı iş təklif edilir və əlaqə vasitəsi kimi hansısa şübhəli səhifəyə keçid linki də yerləşdirilir. Bu keçid linklərinin hansı təhlükə daşımasından xəbərsiz olan vətəndaşlar isə mesajların mətninə aldanaraq özləri də bilmədən dələduzların ovuna çevirilirlər. Nəticədə şəxsi məlumatları və sosial hesablarına əlavə etmiş olduqları bank kartı hesabları qarşı tərəfin əlinə keçir.
Qeyd edək ki, bu cür kibercinayətlərə qarşı ölkəmizdə də mübarizə aparılır. Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinin tabeliyindəki Elektron Təhlükəsizlik Xidməti məsələnin həssaslığını nəzərə alaraq insanların bu kimi hallara aldanmaması üçün tədbirlər görür.
#Sosial şəbəkələr teqi istifadə olunub
- “Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV
- Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti
- Türkiyədə sosial şəbəkələrlə bağlı yeni qadağa qüvvəyə minir - Baku TV CANLI
- Uşaqlara zorakılıq, küçələrdə təhlükə: məsuliyyətsizlik haradan başlayır? - XÜLASƏ
- Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyi birgə açıqlama yaydı - Baku TV
