Pleyeri seçin:

Söyüdlüdəki yoxlamaların nəticələri açıqlandı

26 sentyabr 2023 412 baxış

Sentyabrın 26-da Gədəbəyin Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın növbəti iclası keçirilib.

İclasda Söyüdlüdə fəaliyyət göstərən “Azərbaycan Beynəlxalq Mədən Şirkəti”nin mədən ərazisində ekoloji monitorinqin keçirilməsi, sağlamlıq, ətraf mühit və əməyin mühafizəsi üzrə qiymətləndirilmənin aparılması üçün dəvət olunan, Böyük Britaniyanın “Micon” International Co Limited Şirkətinin keçirdiyi monitorinqlərin nəticələri açıqlanıb.

Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirilib ki, ərazidən götürülən nümunələrin təhlillərinə əsasən, su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb. Lakin bunun ətraf mühit və insan sağlamlığı üçün təhlükə mənbəyi olmadığı müəyyənləşdirilib. İstehsal və yaşayış sahələrində yeraltı suların monitorinqi zamanı zavod ərazisindəki üç müşahidə quyusunun suyunda kiçik miqdarlarda sianidin olduğu qeydə alınıb.

Göstəricilər yol verilə bilən qatılıq həddindən dəfələrlə aşağı olsa da, bu fakt ətraf mühitə potensial risk kimi nəzərə alına bilər. Eyni zamanda istehsal sahəsi və ətraf ərazilərdən götürülən torpaq nümunələrində bir sıra göstəricilərin miqdarı həddindən çox olub. “Micon” şirkəti bunu regionun filizləşmə xüsusiyyətləri və tarixi mədənçiliyin mövcudluğu ilə əlaqələndirib.

Qeyd olunub ki, “Azərbaycan Beynəlxalq Mədən Şirkəti” qarşısında insan sağlamlığına, texnogen təhlükəsizliyə, istehsalatın modernləşdirilməsinə aid bir sıra tələblər qoyulub, tövsiyələr verilib. Şirkət tərəfindən yenidənqurma, modernləşdirilmə ilə bağlı icra qrafiki hazırlanaraq təqdim olunduqdan və aidiyyəti dövlət qurumları ilə razılaşdırıldıqdan sonra zavodun fəaliyyətinin mərhələli şəkildə bərpa olunması təmin edilə bilər.

Banner
Fermerlər çətin vəziyyətdə | Lənkəranda meyvə bağlarına ciddi ziyan vuran hadisə - Baku TV CANLI

Fermerlər çətin vəziyyətdə | Lənkəranda meyvə bağlarına ciddi ziyan vuran hadisə - Baku TV CANLI

Cəmiyyət
03 noyabr 2026 412 baxış
Bu 3 məlumatı heç kimlə paylaşmayın | DİM-dən kibertəhlükəsizlik xəbərdarlığı - Baku TV

Bu 3 məlumatı heç kimlə paylaşmayın | DİM-dən kibertəhlükəsizlik xəbərdarlığı - Baku TV

Cəmiyyət
03 noyabr 2026 412 baxış
Tarixi kitabın təqdimatı keçirildi | İrəvan qazılığı barədə hansı məlumatlar toplanıb? - Baku TV

Tarixi kitabın təqdimatı keçirildi | İrəvan qazılığı barədə hansı məlumatlar toplanıb? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 412 baxış
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma hallarına qarşı araşdırmalar aparılır - 24 SAAT

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma hallarına qarşı araşdırmalar aparılır - 24 SAAT

Cəmiyyət
02 noyabr 2026 412 baxış
Britaniyada ən çox satılan yeni model | Ənənəvi avtomobil nəhənglərinə güclü rəqib gəldi - Baku TV

Britaniyada ən çox satılan yeni model | Ənənəvi avtomobil nəhənglərinə güclü rəqib gəldi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 412 baxış
"Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"

"Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"

Cəmiyyət
02 noyabr 2026 412 baxış
"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV

"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV

Cəmiyyət
02 noyabr 2026 412 baxış
Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 412 baxış
Yol nişanları milliləşdirilməlidir?

Yol nişanları milliləşdirilməlidir?

Cəmiyyət
02 noyabr 2026 412 baxış
Minlərlə ölümün gerçək səbəbi | Ailənizdə ürək xəstəliyi varsa... - Baku TV

Minlərlə ölümün gerçək səbəbi | Ailənizdə ürək xəstəliyi varsa... - Baku TV

Cəmiyyət
02 noyabr 2026 412 baxış
Seçilmişlər
icon