Pleyeri seçin:

Stalin, Tağıyev və Rəsulzadənin gizli göstərildiyi üç Azərbaycan filmi

02 mart 2025 462 baxış

Baku TV-də gizli faktların yer aldığı üç Azərbaycan filmi haqqında araşdırma materialı yayımlanıb.

Uşaqlıqdan bu günə kimi izlədiyimiz 3 film var ki, çox ustalıqla özündə bir xeyli məqamı gizlədib. Sirlərlə dolu birinci filmimiz Ağarza Quliyevin 1960-cı ildə quruluş verdiyi “Səhər” filmidir.

Mehdi Hüseynin ssenarisi əsasında çəkilən film 20-ci əsrin əvvəlindəki inqilabçılar şəhəri Bakını görmək üçün ideal materialdır. Diqqətli tamaşaçı bu ekran əsərində “Hümmət” qəzetini, bolşevik Xanlar Səfərəliyevi, Məhəmməd Əmin Rəsulzadəni və Stalini görə bilər.

Özündə bilinməyən məqamları gizlədən ikinci filmimiz Hüseyn Seyidzadənin quruluş verdiyi “Yenilməz batalyon”dur. 1965-ci ildə çəkilən “Yenilməz batalyon” filmi 1907-ci il Zaqatala hadisələrinə həsr olunub. Ekran əsərində Çar hökuməti tərəfindən Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən danışılır.

Filmin 15-ci dəqiqəsindən etibarən bir neçə epizodda Hacı Zeynalabdin Tağıyevi görürük. Yusif Yulduzun filmdə canlandırdığı obrazın adı “Hacı”dır. O da Tağıyev kimi mülkədardır. Tağıyevin düşmən elan edildiyi Sovet dövründə ssenarist Qılman İlkin bilərəkdən bu obrazı filmə daxil edib ki, böyük xeyriyyəçinin kimliyi unudulmasın.

Gizli mesaj verən üçüncü filmimiz “Böyük dayaq”dır. Yazıçı Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında Həbib İsmayılovun çəkdiyi “Böyük dayaq” filmi 1962-ci ildə ekranlara çıxıb. Bu film Stalinin ölümündən sonra şəxsiyyətə pərəstişə qarşı çəkilmiş ekran əsəridir.

Filmdə Ələsgər Ələkbərovun canlandırdığı “Rüstəm kişi” obrazını Stalinin prototipi hesab etmək olar. Filmin 10-cu dəqiqəsinə diqqətlə baxsaq, Rüstəm kişinin Stalin kimi qəlyan çəkdiyini görə bilərik.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 462 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 462 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 462 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 462 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 462 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 462 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 462 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 462 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 462 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 462 baxış
Seçilmişlər
icon