Pleyeri seçin:

Xəyanətə görə ailəsi dağılan aktyor | "İlk sevgisinə qovuşmadı, böyük sarsıntı yaşadı" - RETRO BAKU

30 noyabr 2025 713 baxış

“Retro Baku” verilişinin yeni buraxılışı tanınmış kinoaktyor, “Bir qalanın sirri”nin Elşəni Gündüz Abbasova həsr olunub.

Verilişdə sənətkarın yaxınları onun həyat yolu, şəxsi taleyi barədə xatirələrini bölüşüblər.

Aktyorun qızı Dildar Abbasova atasının gənclik illərində yaşadığı sevgi hekayəsini belə xatırlayıb:

“Atam anamdan əvvəl başqa bir qızı sevib. O qız da atamı çox sevirmiş. Eşitdiyimə görə, atamdan bir kurs yuxarıda oxuyub, amma onunla eyni kursda olmaq üçün bir il təhsildən qalıb. Atası və anası ayrıldığı üçün həmin qızı nənəsi böyüdüb. Nənəm isə imkanlı və köklü bir ailədən olduğu üçün nənəsinin himayəsində böyüyən o qızın atamla ailə qurmasına razılıq verməyib. Taleyin ironiyası ondadır ki, illər sonra atamın da ailəsi dağıldı və biz də nənəmin yanında böyüdük”.

Kinoşünas Aydın Kazımzadə aktyorun şəxsi həyatında yaşadığı çətinliklərdən danışıb:

“Gündüz Akademik Milli Dram Teatrının məşhur aktrisası Hökümə Qurbanova ilə illər ərzində əlaqədə olub. Bu münasibət son nəticədə aktyorun ailəsinin dağılmasına səbəb oldu. Hökümə Qurbanovanı dəhşətli dərəcədə sevirdi. O sevgi həm ailəsini dağıtdı, həm də Gündüzü təkliyə məhkum etdi”.

Aktyorun nəvəsi Şəmsəddin Abbasov isə babasının son sözlərini xatırladıb: “Son nəfəsini verərkən “peşmanam” deyib. Bu onu göstərir ki, babam, bəlkə də, öz potensialını tam istifadə edə bilmədiyini düşünüb”.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 713 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 713 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 713 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 713 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 713 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 713 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 713 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 713 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 713 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 713 baxış
Seçilmişlər
icon